Beyl Çin çempionatının tarixinə düşə bilər

14:45 22-07-2019 20

Uelsli futbolçu Qaret Beyl Çin çempionatının ən yüksək ödənişli oyunçusu ola bilər.

Çinin “Beytszin Qoan” klubunun Q.Beylə təklif etdiyi transfer müqaviləsi belə deməyə əsas verir.

Belə ki, klub rəhbərliyinin uelsliyə təklif etdiyi müqavilə ildə 24 milyon avro əməkhaqqını nəzərdə tutur. Təklif qəbul edilsə, bu, yerli Super Liqada ən bahalı transfer müqaviləsi olacaq.

Qeyd edək ki, 30 yaşlı Q.Beyl hazırda “Real Madrid”də bundan yeddi milyon avro az maaş alır.