Bu qadın 20 ildir küçədə yaşayır: Uşağı olmadığı üçün küçəyə atıblar - VİDEO

14:54 22-07-2019 804

Şikarə İsayeva 20 ildir Hövsan küçələrində yaşayır.

Əslən Gədəbəy rayonundan olan qadın ailə həyatı quraraq Bakıya gəlib. Deyir ki, 16 il övladı olmadığına görə həyat yoldaşı və qohumları tərəfindən evdən qovularaq küçəyə atılıb:

“Övladım olmadığına görə ayrılmışam, çöldə qalıram. Stolların, betonun üstündə yatıram”.

Vəziyyəti o qədər acınacaqlıdır ki, artıq bir ildir bədəninə su dəymir.

Köməksiz qadın yardım üçün müəyyən qurumlara müraciət etsə də, nəticəsi olmayıb.

Baku TV əməkdaşlarının Ş.İsayeva haqqında hazırladığı süjeti təqdim edirik:

Sail Ağasəlim, Hüseyn Həsənov