Başqalarını xilas etmək istəyərkən batan tələbənin meyiti tapıldı

15:27 22-07-2019 582

Dünən Qızıl Qum çimərliyində boğulan Fərman İsaqovun meyiti tapılıb.

Bu barədə HerGun.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Qeyd edək ki, Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü F.İsaqov dənizdə bir neçə nəfərin boğulduğunu görüb. Onları xilas etməyə çalışarkən özü batıb. 

O, Azərbaycan Texnologiya Universitetinin üçüncü kurs tələbəsi olub.

İlhamə Əbülfət