Millimizin baş məşqçisi klubsuz qalan futbolçu ilə görüşdü

23:40 17-08-2020 431

Millimizin baş məşqçisi Canni De Byazi Araz Abdullayevlə görüşüb.

HerGun.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Araz Abdullayevin hazırda heç bir klubla müqaviləsi mövcud deyil.

İtalyan məşqçi Canni De Byazi bununla əlaqədar Araz Abdullayevlə görüşüb və futbolçu milli komandanın məşqçi heyətinin nəzarəti ilə fərdi məşqlərə başlayıb.