Arsen Venger Niderland millisinin baş məşqçisi olmağa hazırlaşır

12:20 18-08-2020 445

İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger Niderland millisini çalışdırmağa ən real namizəddir.

Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.

Mənbə xəbər verir ki, Ronald Kumanın “Barselona” ilə apardığı danışıqlar müsbət nəticə ilə yekunlaşacağı təqdirdə, fransalı futbol mütəxəssisi Niderland millisinin baş məşqçisi olacaq.

Bu məqsədlə Arsen Vengerin Niderland Futbol Assosiasiyası ilə danışıqlar apardığı da öz təsdiqini tapıb.

Qeyd edək ki, 70 yaşlı Arsen Venger hazırda FIFA-da futbolun qlobal inkişafı şöbəsinə rəhbərlik edir.