Bu gün peşə bayramını qeyd edən idmançılarımız - ADLAR

14:20 18-08-2020 457

Bu gün Dövlət Sərhəd Xidmətində (DSX) çalışanların peşə bayramıdır. 1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin sərhədlərinin qorunması haqqında qərar qəbul edib. Məhz həmin gün Azərbaycan sərhədçilərinin peşə bayramı kimi qəbul edilir.

HerGun.Az xəbər verir ki, DSX-də çalışanlar arasında idman xadimləri və idmançılar az deyil.

Bu yazıda onlardan bəhs edəcəyik.

Firdovsi Umudov

Sərbəst güləş üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa mükafatçısı, Dünya Kubokunun qalibi Firdovsi Umudov millimizdə baş məşqçi vəzifəsində işləyib. Üç dəfə Azərbaycanın, bir dəfə dünyanın ən yaxşı məşqçisi adına layiq görülən Umudov hazırda Güləş Federasiyasının vitse-prezidenti vəzifəsində çalışır.

43 yaşlı idman ustası DSX-nin aparıcı simalarından sayılır. O, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavinidir. “Şöhrət” və “Tərəqqi” medalları ilə təltif edilən idman ustası və əməkdar məşqçi DSX-nin polkovnik-leytenantıdır.

Hacı Əliyev

Sərbəst güləş üzrə üçqat dünya və üçqat Avropa çempionumuz IV İslam Həmrəyliyi Oyunları, II Avropa Oyunlarının qalibidir. Olimpiya mükafatçısı olan 29 yaşlı Hacı Əliyev baş leytenantdır.

Cəbrayıl Həsənov

Sərbəst güləş üzrə daha bir idmançımız baş leytenantdır. 30 yaşlı üçqat Avropa çempionumuz olan Cəbrayıl Həsənov həm də dördqat dünya və Olimpiya mükafatçısıdır.

Rəsul Çunayev

Yunan-Roma güləşi üzrə dünya çempionumuz və I Avropa Oyunlarının qalibi, həm də ikiqat qitə və Olimpiya mükafatçısıdır. 29 yaşlı Rəsul Çunayev baş leytenantdır.

Rüstəm Orucov

Cüdo üzrə Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının komanda şəklində qalibi Rüstəm Orucov ikiqat qitə və Olimpiya mükafatçısıdır. 28 yaşlı Rüstəm leytenantdır.

Nicat Şıxəlizadə

Cüdo üzrə IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Dünya və Avropa çempionatının mükafatçısı da DSX-də xidmət edir. 31 yaşlı Nicat Şıxəlizadə kapitandır.

İlqar Müşkiyev

Cüdo üzrə millimizin sabiq üzvü dünya və Avropa çempionatının mükafatçısıdır. 29 yaşlı idmançı baş leytenantdır.

Fuad Zeynalov

Kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası olan Fuad Zeynalov DSX-nin zabitlərindəndir. “Sərhədçi”də kikboksinq məşqçisi çalışan, üç gün əvvəl 37 yaşını qeyd edən F.Zeynalov mayor rütbəsində, polkovnik-leytenant vəzifəsindədir.

Fəridə Abıyeva

Karate üzrə komanda şəklində Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan 25 yaşlı Fəridə Abıyeva leytenantdır.

Fatimə Alkərəmova

Üzgüçülük üzrə IV İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısı olan Fatimə DSX-nin ən gənc idmançılarındandır. 18 yaşlı idmançıya yaxın illərdə rütbə veriləcəyi gözlənilir.

Səbuhi Musayev