Bu gün Türkiyədən Gürcüstana ilk yük qatarı yola düşür

08:54 23-07-2019 847

İyulun 23-də Türkiyə ilə Gürcüstan arasında ilk yük qatarı hərəkətə düşəcək.

Anadolu” xəbər verir ki, qatar Ərzurum şəhərindən yola düşəcək.

Yola salma mərasimində Türkiyə Dövlət Dəmir Yolunun rəhbəri Ali İxsan Uyğun və “Gürcüstan dəmir yolları” SC-nin sədri David Peradze iştirak edəcəklər.

Qatarlar Bakı-Tbilisi-Qars xətti ilə hərəkət edərək ixrac yüklərini daşıyacaq.