Silvio Berluskoni koronavirusa yoluxub

13:20 03-09-2020 417

İtaliyanın sabiq Baş naziri, “İrəli, İtaliya” (“Forza Italia”) partiyasının lideri Silvio Berluskoni koronavirusa yoluxub.

Bu barədə “Reuters” 83 yaşlı siyasətçinin köməkçilərinə istinadla xəbər yayıb.

Bildirilib ki, Berluskoni hazırda Milandakı evindədir.

“O, özünü təcrid edib və sentyabr ayında keçirilməsi planlaşdırılan yerli seçkilərdə “İrəli, İtaliya” namizədlərinin kampaniyalarına töhfə vermək üçün uzaqdan çalışmağa davam edir”, - deyə məlumatda qeyd edilib.