ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək

21:05 18-10-2018 28

ABŞ Ukraynadakı duruma görə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək. 

HerGun.Az xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib. 

O qeyd edib ki, ABŞ Rusiyaya qarşı sanksiya məsələsində avropalı tərəfdaşları ilə sıx fəaliyyət göstərir. 

Volker sanksiyaların effektivliyinə inandığını və Rusiyada bunun sübutlarını gördüyünü bildirib.