“Qarabağ” ÇL-də növbəti rəqibi müəyyənləşdi

14:36 19-06-2019 1083

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub. 

HerGun.Az xəbər verir ki, I təsnifat mərhələsində Albaniyanın “Partizani” kollektivinə qalib gəlsə, təmsilçilərimiz “Dandolk” (İrlandiya) / “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. 

Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, II təsnifat mərhələsinin matçları isə 23-24 və 30-31 iyulda keçiriləcək.