Tramp daha bir ölkəni hədələdi

22:10 18-10-2018 24

Əgər Meksika Mərkəzi Amerikadan gələn miqrantların qarşısını almasa, sərhədə hərbi qüvvə göndərəcəyəm.

HerGun.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. 

“Qvatemala, Honduras və Salvadorun Demokrat partiyasının rəhbərlik etdiyi ölkəmizə hücumunu müşahidə edirəm. Həmin Demokrat Partiyası açıq sərhədlərin və qüvvədə olan zəif qanunların tərəfdarıdır”, - deyə o vurğulayıb.

Tramp qeyd edib ki, Meksika vasitəsi ilə ABŞ-a gələn miqrantlar arasında çoxlu sayda cinayətkar var.