Məşhur müğənni yeni görüntülərinə görə tənqid olundu - FOTO

15:40 11-09-2020 470

Məşhur britaniyalı müğənni və model Dua Lipa çimərlik geyimində yeni fotolarını paylaşıb. Lakin onun görüntüləri sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.

Lenta.ru-nun məlumatına görə, kadrlar onun “Instagram” hesabında dərc olunub.

Şəkillərdə 25 yaşlı müğənni fotoların birində narıncı rəngli çimərlik geyimində və sarı gün eynəyində poza verir. Digər fotoda isə Lipa rəfiqəsi ilə hovuzdadır.

Qeyd edək ki, məşhur müğənni hazırda Kaliforniyada dostları ilə istirahətdədir.

“Əla zamandır”, - deyə o, şəkillərə şərh yazıb.

Lakin fotolar gözlənilən reaksiyanı doğurmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri  koronavirus pandemiyası dövründə təhlükəsizlik tədbirlərinin riayət olunmamasına görə, müğənnini qınayıblar.

“Mən istərdim ki, insanlar evlərində qalsınlar”, “Bəlkə pandemiya dövründə az gəzəsən?”, “COVID-19!”, “Uşaqlar son altı ayda pandemiyanın episentrində olduğumuzu unutmusunuz”, - kimi sözlərlə istifadəçilər məşhur müğənnini tənqid atəşinə tutublar.