Tramp: O artıq həyatda yoxdur

01:50 19-10-2018 48

ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Khaşoqinin artıq həyatda olmadığını bəyan edib. 

HerGun.Az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin məlumatında deyilir. 

“Bu, çox kədərlidir. Güclü bəyanat vermək üçün istintaqın yekununu gözləyirəm. Jurnalistin ölümündə günahı olanları ciddi cəza gözləyir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, C. Khaşoqi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Onun orada qətlə yetirildiyi iddia olunur.