Milyonçu 47 illik krasovkanı 437,5 min dollara aldı

08:09 24-07-2019 671

1972-ci ildə buraxılmış “Nike” krasovkaları “Sotheby's” auksionunda 437,5 min dollara satılıb.

“RİA Novosti” xəbər verir ki, bu idman ayaqqabıları satışı üçün yeni dünya rekordudur.

“Nike”ın həmtəsisçisi Bill Bauerin hazırladığı “Moon Shoe” ayaqqabıları 1972-ci ildə Münxendə keçirilən Olimpiadada iştirak edən qaçanlar üçün nəzərdə tutulubmuş.

Hərraca çıxarılan ayaqqabını milyonçu Mayls Nadal alıb. O, krasovkaları şəxsi muzeyində nümayiş etdirəcək.