Qaçırıldığını deyən çılpaq kişi hamını şoka saldı - FOTO

04:40 15-09-2020 419

Küçədə bağıraraq qaçan çılpaq kişi hər kəsdən kömək istəyib. Onun əlləri qan içində olub, özü isə qaçırıldığını deyib.

“Daily Mail”in verdiyi məlumata görə, hadisə Britaniyada baş verib.

Məlumata görə, kişi əxlaqsızlıq yuvasından qaçıb. Şahidlərin sözlərinə görə, o həmin binada pəncərələri qırıb, sonra isə çılpaq halda özünü küçəyə atıb.

Kişiyə dərhal təcili tibbi yardım göstərilib. Polis isə hadisə ilə əlaqədar iki nəfəri saxlayıb.