KİV: Səudiyyəli jurnalisti boğaraq öldürüblər

21:10 20-10-2018 39

Jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda boğularaq öldürülüb.

HerGun.Az xəbər verir ki, bu barədə CNN telekanalı kral ailəsinə yaxın mənbələrə istinadla məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 19-da rəsmi Ər-Riyad jurnalistin konsulluq ərazisində öldürüldüyünü etiraf edib. Hərçənd buna qədər bütün ittihamları rədd edirdi.