Dərmansız qalan “min dərdin dərmanı” - VİDEO

12:40 15-09-2020 404

Baku TV son günlər Azərbaycanda arıçılıq sahəsində yaranmış problemlərlə bağlı süjet hazırlayıb. 

Süjetdə astaralı arıçıların yığılan ballarını xaricə ixrac edə bilməmələrində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA) ittiham etdiyi bildirilir. 

Məsələ ilə bağlı Azərbaycan Arıçılar Assosiasiyasının sədri Sədrəddin Həsrətov danışıb. 

O qeyd edib ki, bu il istehsal olunan balın keçən ilkinə nisbətən bir ton çoxdur: “Ötən il beş ton bal istehsal olunmuşdu. Bu il isə istehsal olunan balın həcmi altı tondur”.

Şikayətlə əlaqədar Baku TV əməkdaşları AQTA-nın Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasında olub. 

Süjeti təqdim edirik: