Azərbaycanlı bacılar Türkiyədə medalsız qaldı

01:30 21-10-2018 30

Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə "B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub.

HerGun.Az xəbər verir ki, sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Səbinə Kərimova turnirin bürünc medalını qazanıb. 

Digər təmsilçilərimizdən turnirin 1/4 finalına kimi irəliləyən Sevil Bünyatova yarışı V sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb. 

6 ölkədən 27 sablyaçının yarışdığı turnirdə Aysel Əhədova XIV, Nərminə Cəfərova isə XXI sırada qərarlaşıb.

Səbuhi MUSAYEV