Hacı Əliyevdən maraqlı təklif - VİDEO

18:20 15-09-2020 497

Sərbəst güləş üzrə Olimpiya mükakafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev maraqlı açıqlaması ilə gündəmə gəlib.

O, Gənclər və İdman Nazirliyinin “Facebook” səhifəsində canlı yayım zamanı maraqlı təklif irəli sürüb.

29 yaşlı idmançı doqquz Olimpiya çempionunun formalarından, əşyalarından ibarət muzey yaradılmasını təklif edib. Hacı Əliyev qeyd edib ki, bununla da azarkeşlər və turistlər bu muzey vasitəsilə onları yaxından tanımaq imkanı əldə edəcək.

Hacı Əliyev həmçinin bildirib ki, gələn il Tokioda Olimpiya çempionu olsa, bu qələbəsini başda general-mayor Polad Həşimov olmaqla, bütün şəhidlərə həsr edəcək.

Qeyd edək ki, Nazim Hüseynov, Elnur Məmmədli (hər ikisi cüdo), Valeri Belenki (idman gimnastikası), Zemfira Meftəhəddinova (atıcılıq), Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov, Şərif Şərifov (hamısı güləş) və Radik İsayev (taekvondo) Azərbaycanın Olimpiya çempionları olublar.

Səbuhi Musayev