EYOF-2019: Cüdoçularımız mübarizəyə start verdi

11:27 24-07-2019 1093

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının (EYOF) dördüncü günündə cüdo yarışlarına start verilib.

HerGun.Az xəbər verir ki, 12 cüdoçu (dörd qız və səkkiz oğlan) ilə bu yarışa qatılan millimiz bu gün medallarının sayını artıra bilər.

Belə ki, bu gün beş idmançımız (iki qız və üç oğlan) mübarizəyə qoşulub. 

Qızlar

44 kq. 1/8 final Gülşən Bəşirova – Maria Qonsales (İspaniya)

48 kq. 1/8 final Səbinə Əliyeva – Rakel Britu (Portuqaliya)

Oğlanlar

50 kq. 1/8 final İsmayıl Qənbərli – Sergey Mastriukov (Rusiya)

55 kq. 1/16 final Şükran Zamanlı – Miqel Qaqu (Portuqaliya)

60 kq. 1/16 final Turan Bayramov – Kote Kapanadze (Gürcüstan)/Adam Şefer (Avstriya) cütünün qalibi

Səbuhi Musayev