Çempionlar Liqası: III təsnifat mərhələsində üç oyun keçirildi

02:00 16-09-2020 24

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

HerGun.Az xəbər verir ki, ilk oyun günündə üç görüş keçirilib.

Bir matçdan ibarət və azarkeşsiz baş tutan duellərin hər üçündə meydan sahibləri qalib gəlib.

Kiyev “Dinamo”su evdə “Alkmaar”ı iki cavabsız qolla məğlub edib. PAOK “Benfika” üzərində qələbəyə sevinib. “Gent” isə öz meydanında “Rapid”dən güclü olub.

Qeyd edək ki, III təsnfiat mərhələsinin digər beş matçı sabah baş tutacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

15 sentyabr

Liqa yolu

“Dinamo” (Ukrayna) - “Alkmaar” (Niderland) - 2:0

Qollar: Rodriges, 49, Şaparenko, 86

PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya) - 2:1

Qollar: Yannopulos, 63, Jivkoviç, 75 - Silva, 90+4

“Gent” (Belçika) - “Rapid” (Avstriya) - 2:1

Qollar: Dorş, 36, Yaremçuk, 59 (pen.) - Yusuf Dəmir, 90+3