Maska taxmayanlar COVID-19-dan ölənlərə məzar qazmaqla cəzalandırıldı

06:20 16-09-2020 399

İndoneziyada maska taxmaqla bağlı qadağaya məhəl qoymayanlar koronavirusdan ölənlərə məzar qazmaqla cəzalandırılıb.

Bu barədə “Lad Bible” məlumat yayıb.

Sözügedən cəza tədbiri Yava adasının şərqindəki Qresik əyalətində tətbiq olunub.

Bununla həmçinin məzar qazanların çatışmazlığı problemi də həllini tapıb.