Tramplini uşaq arabası ilə “fəth etmək” istəyən qadın hər kəsi şoka saldı - VİDEO

06:40 17-09-2020 625

Skeytparkda uşaq arabası ilə “master-klass” göstərmək istəyən qadın məktəbliləri şoka salıb. Bununla bağlı yayılan kadrlarda qəribə qadının bir neçə dəfə arabanı rampa üzərinə qaldırmaq istədiyi, hər dəfə də yıxıldığı görünür. Uşağın vəziyyəti ilə bağlı narahat olan məktəblilər polisə xəbər veriblər.

“Baza” “Telegram” kanalının məlumatına görə hadisə Rusiyanın Tula vilayətində baş verib.

Məlum olub ki, qadın sərxoş olub: demək olar ki, iki litr pivə içibmiş. Uşaq arabasındakı körpə onun üçüncü övladı olub. Bundan əvvəlki iki uşağı himayə orqanı onun əlindən alıb.

Ana ilə söhbətdən sonra bu uşaq da onun əlindən alınıb və müayinə üçün xəstəxanaya göndərilib. Xoşbəxtlikdən uşaqda travma aşkarlanmayıb. Anaya isə protokol tərtib olunub.