Səfər yoldaşının hərəkətindən qəzəblənən tanınmış idmançı qisasının VİDEOSUNU paylaşdı

01:40 18-09-2020 534

Təyyarədə uçuş zamanı səfər yoldaşının ədəbsiz hərəkətindən qəzəblənən məşhur avstraliyalı idmançı, dayver Brittani Obrayen ondan aldığı qisasın videosunu paylaşıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Kadrlarda görünür ki, idmançının arxasında əyləşən sərnişin yalın ayağını onun kreslosunun qoltuq hissəsinə qoyub.

“Sən yəqin məni dolayırsan”, - deyə qız üzünü kameraya tutaraq deyir. Sonra o, simli qulaqlığın kənar uclarını qadının ayağına vurur. Bu zaman arxadakı sərnişin diksinir və ayağını geri çəkir.

Sərnişinin ədəbsiz hərəkəti sosial şəbəkədə hiddətlə qarşılanıb. Bir çoxları səfər zamanı belə düşüncəsiz insanlarla dəfələrlə qarşılaşmaları barədə öz xatirələrini bölüşüb.