“Barsa”da klub prezidenti və Direktorlar Şurasına etimadsızlıq votumu irəli sürüldü

10:20 18-09-2020 375

“Barselona” üzvləri klub prezidenti Xosep Bartomeu və Direktorlar Şuraşına etimadsızlıq votumu irəli sürüblər.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Sözügedən təşəbbüsün təşkilatçısı Jordi Farre 20 687 imza toplayıb. Yaxın vaxtlarda yaradılacaq xüsusi komissiya toplanmış imzaların klubun nizamnaməsinə uyğun olub-olmadığını araşdıracaq. Əgər bütün qaydalar gözlənilmiş olsa, o zaman etimadsızlıq votumu həqiqi hesab ediləcək və Direktorlar Şurası səsvermə keçirməli olacaq.