Ərəb turist Şamaxıda qarət edildi

14:00 24-07-2019 870

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 62 yaşlı vətəndaşı Faqini Həssən Məhəmməd Azərbaycanda qarət olunub.

Bu barədə HerGun.Az-a Yasamal Rayon Polis İdarəsindən məlumat veriblər.

İsmayıl bəy Qutqaşınlı küçəsindəki otellərdən birində qalan ərəb turist iyulun 22-də, səhər saat 11-də Yasamal Rayon Polis İdarəsinə şikayətlə müraciət edib.

Onun sözlərinə görə, Şamaxı rayonuna səyahət zamanı pul kisəsi oğurlanıb. Pul kisəsində 700 ABŞ dolları, 200 Səudiyyə Ərəbistanı rialı və bank kartı olub.

İşin materialları cinayətin törədildiyi yer üzrə Şamaxı Rayon Polis İdarəsinə göndərilib.

Ramella İbrahimxəlilova