Avtobus aşdı, səkkiz futbolçu həlak oldu
11:40 20-09-2020 366
Qanada avtobus qəzası səkkiz futbolçunun həyatına son qoyub.
Lenta.ru-nun xəbərinə görə, avtobus çaya düşüb.
Nəticədə səkkiz futbolçu vəfat edib. Dörd futbolçu isə hazırda ağır vəziyyətdə xəstəxanadadır.
Bildirilir ki, komanda gənclər futbol liqasında iştirak etməkdən ötrü qeydiyyatdan keçməyə yollanıbmış.