Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq

16:00 20-09-2020 426

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. 

“Report”un məlumatına görə, Xudiyev Rusiyanın “Rostov” və İsrailin “Makkabi” (Hayfa) komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununda iştirak edəcək. O, çexiyalı Petr Ardelyanunun rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə qazaxıstanlı Aleksandr Keplin olacaq. 

Qeyd edək ki, sentyabrın 24-də “Rostov Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.