Parisdə daha bir məşhurun evini soydular - Üç milyonluq zinət oğurlandı

16:27 24-07-2019 464

Tanınmış futbolçu Tyaqo Silvanın evinin qarət edilməsindən sonra Parisdə daha bir məşhur soyğunçuluğa məruz qalıb.

HerGun.Az xəbər verir ki, bu dəfə bahalı daş-qaş oğruları fransız aktyor Klotild Kuro ilə əri Emmanuil Filiberti hədəf alıblar.

Oğrular evdən 3 milyon 200 min lirəlik bahalı zinət əşyaları oğurlayıblar. Onlar Venesiya və Pyemont şahzadəsi Klotildlə Savoy sülaləsinin şahzadəsi Emmanuilin İtaliyada istirahətdə olmasından istifadə edərək evə basqın ediblər.

Faktla bağlı araşdırma aparan polis bildirib ki, oğrular son dərəcə peşəkardır. Onların mənzilə açarla girməsi fikri irəli sürülsə də, sonda bu iddia öz təsdiqini tapmayıb.

Polis qarətçiləri axtarır.

Rəşad Əliyev