Suares “Barselona”nı tərk edir

00:20 22-09-2020 488

Uruqvaylı futbolçu Luis Suares “Barselona”nı tərk edir.

“RAC1” agentliyi xəbər verir ki, 33 yaşlı hücumçu Katoloniya rəhbərliyi ilə imzaladığı müqaviləyə xitam verilməsi barədə razılığa gəlib.

Qeyd olunur ki, “Barselona” rəhbərliyi pul tələb etmədən L.Suaresi sərbəst buraxacaq, hücumçu isə son mövsümdə müqavilədə göstərilən məbləğin bir hissəsindən imtina edəcək.

Xatırladaq ki, L.Suares 2014-cü ildən “Barselona”nın formasını geyinir.