Alimentə görə axtarışda olanların sayı açıqlandı - RƏSMİ

09:40 22-09-2020 296

2020-ci ilin birinci yarısında aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslərin sayı məlum olub.

Dövlət Statistika Komitəsindən HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslərin sayı 6355 nəfər təşkil edib.

Onlardan 2493 nəfəri müəyyən olunub. Hazırda 3862 nəfər axtarışdadır.

İlhamə Əbülfət