Üç dəfə xərçəngə qalib gələn Neslican Tay barədə film çəkiləcək

14:20 22-09-2020 461

Türkiyədə xərçənglə mübarizəsi ilə tanınan Neslican Tayın həyatı barədə “Dəmir qadın Neslican” adlı film çəkiləcək. 

“Hürriyet” məlumat verir ki, keçən ilin sentyabr ayında həyatını itirən məşhurun obrazını tanınmış aktrisa Neslihan Atagül Doğulu canlandıracaq.

Üç dəfə xərçəngə qalib gəlsə də, dördüncü dəfə xəstəliyə məğlub olan 20 yaşlı Tay barədə filmin çəkilişlərinə onun doğum günü - martın 14-də başlamaq planlaşdırılır.