ABŞ-da silahlı şəxs dörd yaşlı uşağı öldürüb hadisə yerindən qaçdı

15:00 22-09-2020 365

ABŞ-ın Ohayo ştatında naməlum şəxs evlərdən birinə daxil olub və atəş açmağa başlayıb.

Bu barədə “Fox News” məlumat yayıb.

Nəticədə dörd yaşlı uşaq hadisə yerində ölüb, daha dörd nəfər ağır yaralanıb.

Hücumdan sonra qatil ərazidən qaçıb.

Polis hücumun planlı xarakter daşıdığını açıqlayıb və axtarışlara başlayıb.