Sahibə Qafarova naməlum əsgərin məzarını ziyarət etdi – FOTO

14:40 23-09-2020 472

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskva şəhərinin “Aleksandr” bağına gəlib.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyəti burada “Naməlum əsgər” məzarının önünə əklil qoyub, Rusiya uğrunda canından keçənlərin xatirəsini yad edib.