Bakıda qadın əri tərəfindən bıçaqlandı

00:40 24-09-2020 561

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qara Qarayev küçəsində 22 yaşlı Ləman Quliyeva əri tərəfindən evdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır.