Xırdalanda kanalizasiya xətti partladı, yolları su basdı - FOTO

15:40 24-09-2020 346

Xırdalan şəhərində “119-un yolu” deyilən ərazidə kanalizasiya xətti partlayıb və nəticədə, yolları su basıb.

Sakinlərin Qafqazinfo-ya verdiyi məlumata görə, sözügedən ərazidə vəziyyət dünən axşamdan etibarən belədir. 

Hətta yollarda sakinlərin piyada hərəkət etməsi də çətinləşib.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin məsələ ilə bağlı Abşeron Rayonu Sukanal İdarəsi məşğul olur:

“Əgər belə hal varsa, sakinlər zəng edib şikayətlərini bildirsinlər. Onlarla kobud davranılsa, problem həll olunmasa, o zaman İcra Hakimiyyəti məsələni öz öhdəsinə götürə bilər”.