Gədəbəydə qadın keçmiş əri tərəfindən bıçaqlanıb

22:00 25-09-2020 621

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəyirmandağı kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Məsimova Zülfiyyə Faiq qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyata götürülüb.

Məlum olub ki, 28 yaşlı qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisənin baş verməsi səbəbləri araşdırılır.