Masazırda yaşayış binasında yanğın olub

19:40 26-09-2020 416

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 57 kvm olan mənzilin mətbəxində mebel 8 kvm sahədə qismən yanıb.

Yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi və lambirindən ibarət tavanı 8 kvm sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.