Erməni tərəfi böyük ərazi itkilərini təsdiqlədi

23:20 27-09-2020 354

“Dağlıq Qarabağda tammiqyaslı müharibə gedir, erməni tərəfinin itirilmiş mövqeləri var”.

“Sputnik Ermənistan”ın məlumatına görə, bu sözləri Qarabağ separatçılarının lideri Araik Arutyunyan brifinq zamanı bildirib.

Onun sözlərinə görə, baş verənlər indiyə qədər olmamış tammiqyaslı müharibədir. Murovdan Araza qədər - bütün cəbhə xətti boyu döyüşlər gedir:

“Bu, 2016-nın apreli, Tavuş hadisələri deyil. Bu hazırlıq işləri görülmüş klassik müharibədir”.