Azərbaycanda sevilən türkiyəli aktyor təcili əməliyyat olundu

02:40 28-09-2020 295

Tanınmış türkiyəli aktyor Əli Sürməlinin halı qəfil pisləşib və o, İstanbulda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, xəbəri eşidən aktyorun dostları və onu sevənlər xəstəxananın qarşısına toplaşıblar.

Son məlumata görə, aktyor hazırda əməliyyat olunub.

Qeyd edək ki, 61 yaşlı aktyor Azərbaycan tamaşaçısının rəğbətini xüsusən “Mucize” filmindəki rolu ilə qazanıb.