Dağıstan hökumətindən Vasilyevin istefası ilə bağlı xəbərlərə MÜNASİBƏT

04:00 30-09-2020 962

Dağıstan rəhbəri Vladimir Vasilyev ştat rejimdə işləyir və erkən istefaya getmir.

Bu barədə “RİA Novosti”yə Dağıstan hökumətindəki mənbə məlumat verib.

Bundan əvvəl, RBK 71 yaşlı Vasilyevin vəzifəsini vaxtından əvvəl tərk edə biləcəyi barədə xəbər yaymışdı. Səbəb kimi onun yaşı və müəyyən sağlamlıq problemləri göstərilib. Mediada yer alan məlumatlara görə, Dağıstan rəhbərinin istefaya göndərilməsi ehtimalı 2021-ci ildə keçiriləcək Duma seçkilərindən əvvəl nəzərdə tutulub.

Eyni zamanda o da bildirilir ki, Vasilyev özü də vəzifəsini tərk etmək istərdi.

Bundan əlavə, Vasilyevi əvəz edəcək namizədlərdən biri - Stavropol diyarından olan senator, 55 yaşlı general-polkovnik Sergey Melikov göstərilir.

“Vladimir Vasilyev hökumət binasındadır və işini həmişəki kimi davam etdirir. Erkən istefaya dair heç bir söhbət olmayıb”, - deyə agentliyə mənbədən bildirilib.