Pəncərədən qışqıraraq kömək istədi: “Bir aydır bıçaqlı işgəncə görürəm…” - VİDEO

05:00 30-09-2020 391

Qonşuları 43 yaşlı qadının pəncərədən kömək istədiyini eşidib, dərhal polisə xəbər veriblər. Hadisə yerinə gələn hüquq mühafizəçiləri dəhşətli mənzərə ilə üzləşdilər: bədəninin müxtəlif yerlərində kəsik yaraları (bəziləri artıq qaysaq bağlamışdı) olan qadınla biləklərini kəsən bir kişi...

“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin İstanbul şəhərində yaşanıb.

Məlumata görə, monqolustanlı Battulqa Odgerel adlı qadın bir yerdə yaşadığı həmvətəni Sambuu K. tərəfindən bir aydır ki, işgəncələrə məruz qalırmış. Hücumların əksəriyyətində kişi bıçaqdan istifadə edib. Son hadisə zamanı isə o, qadını yerə uzadaraq əvvəlcə onun, sonra isə özünün biləklərini kəsib.

Çoxlu qan itirən qadın kişini birtəhər dəf edərək, otaqda qapısını bağlayıb, bundan sonra isə pəncərəni açaraq, ətrafdakılardan və qonşulardan bağıraraq kömək istəyib.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.

Polis baş verənlərlə əlaqədar istintaqa başlayıb.