Pompeo: “Türkiyə-Yunanıstan dialoqunu dəstəkləyirik”

08:00 30-09-2020 467

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyə ilə Yunanıstan arasındakı dialoqu dəstəklədiklərini açıqlayıb.

“Haber7” məlumat yayır ki, bu barədə o, Yunanıstana səfəri zamanı deyib.

Pompeo eyni zamanda, Kritdə qurulacaq yeni dəniz bazasının ABŞ və Yunanistan dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirilməsinə kömək edəcəyini vurğulayıb.