Dənizdəki zibillərdən düzəldilmiş parçalar satılacaq

04:20 01-10-2020 492

Mebel və ev üçün malların satışı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan IKEA Rusiyada ekoloji təmiz tekstil malları satacaq.

Lenta.ru xəbər verir ki, satışlar 2020-ci il oktyabrın 1-dən etibarən start götürəcək. 

Tekstil mallarından ibarət kolleksiya dənizdən çıxardılan plastik kütlədən hazırlanıb. Bu cür tullantıların bir qismini ispaniyalı balıqçılar Aralıq dənizindən çıxarıblar. 

Plastik kütlə xüsusi konteynerlərə qoyulur, sonra o təmizlənir, çeşidlənir, mexaniki olaraq emal olunur, emal edilmiş PET-butulkalarla qarışdırılır və nəticədə iplik və parçaya çevrilir.