Lionel Messi: “Əgər mən səhv etmişəmsə, bu, yalnız “Barselona”nın xeyiri üçündür”

04:40 01-10-2020 422

“Barselona”nın 33 yaşlı argentinalı kapitanı Lionel Messi əvvəlcə klubun fanatlarına müraciət edərək, klubdan ayrılması ilə bağlı vəziyyəti şərh edib.

“Bu qədər fikir ayrılıqlarından sonra bütün bunlara son qoymaq istərdim. “Barselona”nın bütün azarkeşləri birləşməli və ən yaxşısının hələ gələcəkdə olacağına inanmalıdırlar. Mən səhvlərimə görə məsuliyyət daşıyıram, amma səhv etmişəmsə, bu, yalnız klubun daha yaxşı və güclü olması üçündür.

“Barselona”nı izləyən bütün azarkeşlərə və insanlara müraciət etmək istərdim. Əgər nə vaxtsa söylədiyim və ya etdiyim bir şey onlardan birini incidibsə, mənim bunu həmişə klubun xeyirini düşünərək etdiyimə şübhə etməsinlər”, - deyə Lionel Messi sport.es-ə açıqlama verib.