“Milan” 20 yaşlı norveçli futbolçunu sıralarına qatdı

08:00 02-10-2020 366

İtaliyanın “Milan” futbol klubu norveçli futbolçu Yens Petter Hauqeni sıralarına qatıb.

Bu barədə məlumat klubun rəsmi saytında dərc edilib.

Qeyd olunur ki, 20 yaşlı futbolçu beş illik müqaviləyə imza atıb.

O, “Milan”da 15 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, P. Hauqe Norveçin “Budye Qlimt” klubunda çıxış edirdi.

Futbolçu Norveçin gənclərdən ibarət milli komandasının da əsas üzvlərindən biridir.