Levandovski Avropanın ən yaxşı futbolçusu oldu

08:40 02-10-2020 447

UEFA Almaniyanın “Bavariya” klubunun polşalı hücumçusu Robert Levandovskini 2019-2020-cu il mövsümünün ən yaxşı oyunçusu seçib.

“Championat” xəbər verir ki, R. Levandovskiyə mükafat Cenevrədə şəhərində, Çempionlar Liqasının püşkatma mərasimində təqdim olunub.

32 yaşlı futbolçu, həmçinin mövsümün ən yaxşı hücumçusu adına layiq görülüb.

Qeyd edək ki, R. Levandovski ötən mövsüm “Bavariya”da keçirdiyi 47 oyunda 55 dəfə rəqib qapısına yol tapa bilib.