Futbol tarixində ilk: İsrail vətəndaşı ərəb klubuna transfer oldu

20:40 02-10-2020 449

Futbol üzrə İsrail millisinin yarımmüdafiəçisi Dia Saba Birləşmiş Ərəb Əmirliklərinin “Əl Nasr” klubuna transfer olub.

Bu barədə “Əl Nasr” klubunun rəsmi saytında məlumat verilib.

27 yaşlı futbolçunun transferi həm də ona görə əlamətdardır ki, tarixdə ilk dəfə İsrail vətəndaşı olan futbolçu ərəb ölkəsini təmsil edən klubun heyətinə transfer edilib.

Xatırladaq ki, avqust ayında BƏƏ İsrail ilə diplomatik əlaqələr qurub.

BƏƏ Misir və İordaniyadan sonra İsraili tanıyan üçüncü ərəb dövlətidir.