Sumqayıtda zəncirvari qəza: Üç maşın toqquşdu - FOTO

22:40 05-10-2020 438

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 50-DE-533 dövlət nömrə nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 50-CA-510 dövlət nömrə nişanlı BMW markalı avtomobilə çırpılıb.

Sonuncu isə zərbənin təsirindən yolun kənarında dayanan 50-DH-627 dövlət nömrə nişanlı KIA markalı avtomobilə dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP və PPX əməkdaşları və təxliyə maşını cəlb edilib.