Bakıda ağır qəza: Ana və qızı xəsarət aldı
05:20 07-10-2020 378
Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən 30 yaşlı Nərgiz Əhmədova və qızı 7 yaşlı Xədicə Əhmədovanı motosiklet vurub.
Piyadaların hər ikisi ağır xəsarət alıb. Yaralılar Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidməti vasitəsilə xəstəxanaya aparılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.